"Çelsi" Pedro ilə yollarını ayırdı

"Çelsi" ilə müqaviləsi başa çatan Pedro Rodriqes London klubundan ayrılıb.

Sportline.az xəbər verir ki, ispaniyalı hücumçu bunu şəxsi Tvitter hesabında yazıb. O, ötən gecə "Vulverhempton"la keçirilən oyunun "Çelsi"dəki son matçı olduğunu bildirib, bu illər ərzində göstərdikləri dəstəyə görə, azarkeşlərə və kluba minnətdarlıq edib.

Qeyd edək ki, 2015-ci ildən "Çelsi"də çıxış edən Pedronun "Roma"ya keçəcəyi gözlənilir.