"Çelsi" - "Portu": Hakim təyinatı

Çempionlar Liqasının 1/4 finalında "Çelsi" - "Portu" matçına hakim təyinatları açıqlanıb.

Sportline.az UEFA-nın saytına istinadən xəbər verir ki, görüşü Fransadan olan hakimlər briqadası idarə edəcək. Baş hakim Klement turpin olacaq. Yan xətt hakimləri qismində ona Nikolaas Dano və Siil Qrinqor kömək edəcəklər. 4-cü hakim funksiyasını Frank Şkineyder yerinə yetirəcək. Qarşılaşmadakı VAR hakimi isə François Letezier olacaq.

Qeyd edək ki, aprelin 13-də keçiriləcək matç Bakı vaxtı ilə 23:00da başlayacaq.