"Çelsi" PSJ qarşısından geri çəkildi

"Çelsi" Duşan Vlahoviç sevdasından əl çəkib.

Sportline.az Daily Mail nəşrinə istinadla xəbər verir ki, londonlular serbiyalı forvardın transfer qiyməti və məvacibi ilə bağlı məsələdə razılığa gələ bilməyiblər. 

23 yaşlı futbolçunun PSJ-yə keçidi gözlənilir.

Qeyd edək ki, Duşan Vlahoviçin "Yuventus"la müqaviləsinin müddəti 2026-cı ilədəkdir.