"Çelsi" qapıçı transferi üçün "Vilyarreal"a təklif göndərib
"Çelsi" qolkiper Filip Yorqensen üçün "Vilyarreal"a ilk rəsmi təklifini göndərib.
Sportline.az xəbər verir ki, bu barədə jurnalist Fabritsio Romano məlumat yayıb.
Londonlular 22 yaşlı qapıçı üçün 20 milyon avro təklif ediblər.
Danimarka gənclər komandasının üzvü Yorqensen bu keçidə müsbət yanaşır.