"Çelsi" son dəqiqələrdə sevindi, "Mançester Yunayted" dayandı
İngiltərə Liqa Kubokunda daha bir yarımfinalçı müəyyənləşib. SportLine.az xəbər verir ki, "Bornmut"la görüşdə qələbə qazanan "Çelsi" kuboka iddiasını qoruyub.
Alvaro Moratanın əsas vaxta əlavə olunan dəqiqələrdə vurduğu qol "zadəganlar"ı növbəti mərhələyə daşıyıb.
"Mançester Yunayted" isə "Bristol" ilə görüşdə məğlub olaraq kubokla vidalaşıb.
Qeyd edək ki, yarımfinal mərhələsində "Çelsi" "Arsenal"la, "Mançester Siti" "Bristol"la qarşılaşacaq.
20 dekabr 2017
Liqa Kuboku
1/4 final
"Çelsi" - "Bornmut" - 2:1
QOLLAR: Villian, 13 (1:0); Dan Qoslinq, 90 (1:1); Morata, 90+1 (2:1)
"Bristol" - "Mançester Yunayted" - 2:1
QOLLAR: Brayan, 51 (1:0); İbrahimoviç, 58 (1:1); Smis, 90+3 (2:1)