“Çelsi” və “Arsenal” transfer yarışına girib

"Barselona"da parlaq mövsüm keçirən Rafinya ilə razılıq əldə olunmur.

Sportline.az "Fichajes" nəşrinə istinadən xəbər verir ki, klub rəhbərliyi oyunçu ilə yeni müqavilə imzalamaq niyyətindədir. Lakin Rafinyanın yüksək maaş tələbi səbəbindən hələ ki, tərəflər ortaq məxrəcə gələ bilməyib.

"Çelsi" və "Arsenal"ın da braziliyalı futbolçu ilə maraqlandığı bildirilir.

Braziliya yığmasının üzvü bu mövsüm Kataloniya klubunun heyətində çıxdığı 46 rəsmi görüşdə 26 qol vurub və 22 məhsuldar ötürmə ilə yadda qalıb.