"Çelsi" və "Bavariya" yarışa girib
"Leipziq"in fransalı futbolçusu Kastello Lukaba qış transfer pəncərəsi dövründə komandadan ayrıla bilər.
Sportline.az xəbər verir ki, "Çelsi" və "Bavariya" sözügedən oyunçu ilə yaxından maraqlanır.
22 yaşlı stopperin transfer qiyməti 40 milyon avrodur.
Qeyd edək ki, K.Lukaba cari mövsüm çıxış etdiyi 14 matçda 1 qol, 1 asistlə yadda qalıb.