"Çelsi" və "Bavariya" yarışa girib
"Brayton"un qapıçısı Bart Verbrüggen üçün Avropa klubları yarışa giriblər.
Sportline.az xəbər verir ki, "Çelsi" və "Bavariya" 23 yaşlı kiperi heyətinə qatmaqda israrlıdır.
Bu haqda "Team Talk" nəşri məlumat yayıb.
Qeyd edək ki, B.Verbrüggen cari mövsüm meydana çıxdığı 26 oyunda qapısında 34 top görüb.