"Çelsi" və "Liverpul" yarışa girib

"Leipziq"in futbolçusu Yan Diomande karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Sportline.az xəbər verir ki, "Çelsi" və "Liverpul" 19 yaşlı oyunçunu heyətinə qatmaq niyyətindədir.

Bu haqda "Diario Sport" nəşri məlumat yayıb.

Qeyd edək ki, Y.Diomande cari mövsüm meydana çıxdığı 30 matçda 11 qol, 8 asistlə yadda qalıb.