"Çelsi" və "Mançester Siti" transfer yarışına girib

"Bayer"in futbolçusu Kristian Kofane yayda komandasını dəyişə bilər.

Sportline.az xəbər verir ki, "Çelsi" və "Mançester Siti" 19 yaşlı forvardı heyətinə qatmaq üçün yarışa girib.

Bu haqda "Team Talk" nəşri məlumat yayıb.

Qeyd edək ki, K.Kofane cari mövsüm meydana çıxdığı 40 matçda 7 qol, 8 asistlə yadda qalıb.