“Çelsi” və “Mançester Yunayted” “Fulhem”ə elçi düşüb

“Fulhem”in futbolçusu Villian İngiltərə nəhənglərinin diqqət mərkəzindədir. 

Sportline.az Goal.com-a istinadla xəbər verir ki, “Çelsi” və “Mançester Yunayted” onun üçün “Fulhem”ə elçi düşüb.

“Fulhem” ilə müqaviləsi bitən futbolçu digər klubların diqqətində olsa da, onu transfer etməyi bacarmayıblar.

Buna səbəb olaraq isə Villianın “Mən burada xoşbəxtəm və klubdan getmək istəmirəm” deməsi olub.

“Fulhem” 34 yaşlı sağ cinah hücumçusu ilə yenidən 1 illik müqavilə imzalayıb.

Qeyd edək ki, Villian “Fulhem” forması ilə çıxdığı 30 oyunda 5 qol, 6 asistlə yadda qalıb.