"Çelsi" və "Mançester Yunayted" transfer yarışına girib
"Borussiya Dortmund"un futbolçusu Karim Adeyemi karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Sportline.az xəbər verir ki, "Çelsi" və "Mançester Yunayted" 24 yaşlı forvardı transfer etmək üçün hərəkətə keçib.
Bu haqda "Team Talk" nəşri məlumat yayıb.
Qeyd edək ki, K.Adeyemi cari mövsüm meydana çıxdığı 39 matçda 10 qol, 6 asistlə yadda qalıb.