"Çelsi" yeni mövsümün səfər formasını təqdim edib

"Çelsi" 2024/25 mövsümü üçün yeni səfər formasını təqdim edib.

Sportline.az London klubunun rəsmi hesabına istinadla xəbər verir ki, klubun yeni forma sponsoru "Nike" şirkəti olub.

"Bu ilki ev formasında istifadə edilən mavi alov detalı səfər köynəyində davam edib. Narıncı rəng alovu və ümumi ambisiyasını, ehtirasını və bütün klubun həm meydanda, həm də meydandan kənarda uğur qazanmaq əzmini vurğulayır. Biz birlikdə mavi alovla yanırıq"deyə klubun açıqlamasında bildirilib.

Xatırladaq ki, bundan əvvəl paytaxt təmsilçisinin yeni mövsüm üçün qeyri-adi ev forması təqdim edilmişdi.