"Çelsi" yeni transferə hazırlaşır
"Çelsi" qış tranfer pəncərəsində heyəti gücləndirməyi planlaşdırır.
Sportline.az xəbər verir ki, londonlular "Nyukasl"ın futbolçusu Kallum Uilsonun xidmətində maraqlıdırlar.
Bu haqda jurnalist Jak Talbo X sosial şəbəkəsində məlumat yayıb.
Nyukasllıların 32 yaşlı hücumçu üçün 21 milyon avro tələb etdiyi bildirilir.
Qeyd edək ki, bu mövsüm 20 oyunda meydana çıxan Kallum 8 qol və 1 asist müəllifidir.