"Çelsi" yeni transferini açıqladı
"Çelsi" Robert Sançesi heyətə cəlb edib.
Sportline.az xəbər verir ki, bu haqda klubun rəsmi saytında məlumat yayılıb.
İspaniyalı qapıçı ilə 7 illik müqavilə bağlanılıb.
25 yaşlı futbolçu yaxın günlərdə londonluların düşərgəsinə qatılacaq.
Qeyd edək ki, son mövsümü "Brayton"da keçirən qolkiper meydana çıxdığı 25 oyunda qapısından 30 top buraxıb.