"Çelsi" yeni transferini rəsmiləşdirdi

İngiltərənin "Çelsi" klubu heyəti gücləndirməkdədir.

Sportline.az xəbər verir ki, londonlular "Fulhem"in müdafiəçisi Tosina Adarabioyonun transferini rəsmiləşdiriblər.

Onunla 4 illik müqavilə bağlanılıb.

Qeyd edək ki, 26 yaşlı futbolçu "Mançester Siti"nin yetirməsidir. 

O, son mövsümdə meydana çıxdığı 25 oyunda iki qolla yadda qalıb. 

Transfermarkt portalında onun dəyəri 20 milyon avrodur. 

Banner