"Çelsi"də 5 illik müqavilə

İngiltərənin "Çelsi" klubu yeni transferini açıqlayıb. 

Sportline.az London təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, "zadəganlar" Fransa "Renn"inin qapıçısı Eduard Mendini heyətinə qatıb. 

28 yaşlı seneqallı qolkiperlə 5 illik müqavilə imzalanıb. 

Qeyd edək ki, Seneqal millisinin də formasını geyinən Eduard Mendi 2019-cu ildən "Renn"də çıxış edib.