“Çelsi”də Lukaku ilə bağlı qərar verildi
“Çelsi”də “Sky Sports” telekanalının müxbirinə verdiyi müsahibə ilə gündəmə gələn Romelu Lukaku ilə bağlı qərar verilib.
Sportline.az Britaniya mətbuatına istinadən xəbər verir ki, London təmsilçisi yanvar ayında yeni hücumçu transfer etmək istəmir və bu səbəbdən Lukakunu komandada saxlayacaq.
Qeyd edək ki, Lukaku verdiyi müsahibədə “İnter”dən ayrıldığı üçün peşman olduğunu, bir gün keçmiş komandasına qayıtmaq istədiyini bildirmişdi. Belçikalı hücumçu “Çelsi”nin baş məşqçisi Tomas Tuxelin onu düzgün sistemdə oynatmadığını söyləmişdi.