"Çelsi" ulduz futbolçu ilə müqaviləni uzadıb

"Çelsi"nin və İngiltərə millisinin yarımmüdafiəçisi Kol Palmer London klubu ilə yeni müqavilə imzalayıb.

Sportline.az xəbər verir ki, bu barədə The Athletic nəşri məlumat yayıb.

Mənbənin sözlərinə görə, 22 yaşlı futbolçu "Çelsi" ilə müqaviləsini iki il müddətinə uzadıb və hazırda onun londonlularla müqaviləsi 2033-cü ilin yayına kimi qüvvədədir.

Palmer paytaxt klubu ilə debüt sezonunda 48 oyuna çıxıb və 27 qol, 15 məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, Palmer İngiltərə millisi ilə AVRO 2024-ün gümüş medalını qazanıb.