"Çelsi"dən 50 milyonluq transfer
"Çelsi" "Lester"in futbolçusu Benjamin Çilvelli transfer edib.
Sportline.az klubun saytına istinadən xəbər verir ki, 23 yaşlı müdafiəçi ilə 5 illik müqavilə imzalanıb.
Britaniya mətbuatı bu transfer üçün London təmsilçisinin 50 milyon funt sterlinq ödədiyini yazıb.
Qeyd edək ki, Çilvell ötən mövsüm İngiltərə Premyer Liqasında 27 oyunda 3 qol vurub, eyni sayda qolun ötürməsini verib.