"Çelsi"dən "Barselona"ya keçə bilər
"Çelsi"nin fransalı futbolçusu Kristofer Nkunku yanvar ayında klubdan ayrılacağı gözlənilir.
Sportline.az "Diario Sport"a istinadən xəbər verir ki, "Barselona" klubu Nkunku üçün "Çelsi" ilə görüşmələrə başlayıb.
Kataloniya bu klubu bu keçid üçün "Çelsi"yə 50 milyon avro ödəməyə hazırdır.
Qeyd edək ki, Nkunkunun London klubu ilə müqaviləsi 2029-cu ilin iyun ayına qədər nəzərdə tutulub.
O cari mövsüm çıxış etdiyi 25 matçda 12 qol və 4 asistlə yadda qalıb.