"Çelsi"dən İspaniya klubuna

"Çelsi" futbolçusu Robert Kenedini "Qranada"ya icarəyə verib.

Sportline.az İspaniya klubunun saytına istinadən xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi 2021-ci ilin yayına qədər icarə əsasında La Liqa təmsilçisində çıxış edəcək.

Qeyd edək ki, R.Kenedi ötən möbsüm icarə əsasında "Xetafe"də oynayıb.