"Çelsi"dən növbəti transfer
"Çelsi" növbəti transferini elan edib.
Sportline.az xəbər verir ki, klubun rəsmi saytında Aksel Disasinin keçidi ilə bağlı məlumat yayılıb.
Ötən mövsüm "Monako"nun formasını geyinən müdafiəçi ilə 6 illik müqavilə bağlanılıb.
Qeyd edək ki, Aksel Disasi ötən mövsüm "Monako"nun heyətində keçirdiyi 49 oyunda 6 qol və 4 məhsuldar ötürmə müəllifi olub.