"Çelsi"dən "üçlük"

"Ayaks"dan Hakim Ziyeşlə "Leyptsiq"də Timo Verneri rənglərinə bağlayan "Çelsi" daha üç transferi həll edib.

Sportline.az "Sky Sports"a istinadla xəbər verir ki, London təmsilçisi PSJ-dən ayrılan braziliyalı müdafiəçi Tyaqo Sİlva ilə razılığa gəlib. 35 yaşlı müdafiəçi ilə 2 illik müqavilə imzalanıb.

"Mavilər" Almaniyanın "Bayer" klubunun yarımmüdafiəçisi Kay Havertsin də transferini bitirib. Bu keçid paytaxt təmsilçisinə 80+20 milyon avroya başa gəlib. 21 yaşlı yarımmüdafiəçi ilə 5 illik anlaşma əldə edilib.

"Çelsi" "Lester Siti"nin sol cinah müdafiəçisi Ben Çillueli də heyətinə qatıb. "Zadəganlar" 23 yaşlı ingilis futbolçu üçün "tülkülər"ə 53 milyon avro təzminat ödəyib.