"Çelsi"dən inamlı qələbə
"Çelsi" İngiltərə Premyer Liqasında növbəti qələbəsini qazanıb.
Sportline.az xəbər verir ki, London klubu 31-ci turda səfərdə "Kristal Pelas"a 4:1 hesabı ilə qalib gəlib.
"Kristal Pelas" - "Çelsi" - 1:4
Qollar: Havertz, 8 (0:1), Pulişiç, 10 (0:2), Zouma, 30 (0:3), Benteke, 63 (1:3)
"Çelsi" hazırda 54 xalla 4-cü, "Kristal Pelas" 38 xalla 13-cüdür. Turnir cədvəlinə 74 xalla "Mançester Siti" başçılıq edir.