"Çelsi"nin Bellingem səhvi

“Çelsi”klubunun sabiq futbolçusu və baş məşqçisi Frenk Lempard komandanı çalışdırdığı mövsümdə Cud Bellingemin transferini istədiyii bildirib.

Sportline.az Goal.com-a istinadla xəbər verir ki, ingiltərəli mütəxəssis “Çelsi”dən gənc ulduzun transferini tələb etsə də London klubu bu yaşdakı futbolçu üçün 20 milyon avro ödəmənin axmaqlıq olduğunu bildirib. 

Frenk Lempard isə açıqlamasında “ Mən Cud Bellingemin bacarıqlı və gələcəy üçün ümid vəd edən futbolçu olduğunu bilirdim. Təəssüf ki, təkklifim qəbul olunmadı”, - deyib.

Qeyd edək ki, Frenk Lempard  futbolçu karyerası ərzində 1 dəfə Çempionlar Liqasının, 3 dəfə İngiltərə Prmeyer liqasının, 4 dəfə isə İngiltərə kubokunun sahibi olub.