“Çelsi”nin futbolçusu tarix yazacaqlarına inanır
Hazırda “Çelsi”də çıxış edən Enzo Fernandes klubun tarix yazacağına inandığını deyib.
Sportline.az Goal.com-a istinadla xəbər verir ki, 22 yaşlı müdafiəçi “zadəganlar”ın bu mövsüm elə də yaxşı çıxış etməməsinə qarşı tənqidlərə fikrini bildirib.
O, açıqlamasında “Çelsi” çox yaxşı tarixə sahib klublardan biridir. Hazırda elə də yaxşı çıxış etməyə bilərik. Amma, inanıram ki, biz bu komanda ilə tarix yazacağıq. Futbolçular sadəcə qələbəyə kökləniblər”, - deyə Fernandes düşüncəsini bölüşüb.
Qeyd edək ki, Enzo Fernandes cari mövsümdə “Çelsi” forması ilə çıxdığı 12 oyunda cəmi 1 qol vurub.