"Çelsi"nin gözü o futbolçunun üzərindədir
"Mançester Yunayted"in ingiltərəli futbolçusu Kobi Meyno "Çelsi"nin maraq dairəsinə düşüb.
Sportline.az "Mirror Football"a istinadən xəbər verir ki, London klubu Meyno üçün qarşı tərəfə 50 milyon avro ödəməyə hazırdır.
19 yaşlı futbolçunun "Mançester Yunayted"lə müqaviləsi 2027-ci ilin iyun ayına qədər nəzərdə tutulub.
Qeyd edək ki, Meyno cari mövsüm çıxış etdiyi 25 matçda 1 qol və 1 asistlə yadda qalıb.