Çelsinin sabiq oyunçusu karyerasını başa vurub
"Çelsi"nin və İngiltərə millisinin keçmiş üzvü Rayan Bertrand karyerasını sonlandırdığını açıqlayıb.
Sportline.az xəbər verir ki, futbolçu "Çelsi", "Sauthempton" və "Lester"dəki çıxışları ilə tanınırdı.
34 yaşlı Bertrand “Çelsi” ilə Avropa Liqası, Çempionlar Liqası və İngiltərə Kubokunu, “Lester”lə isə İngiltərə Superkubokunu qazanıb.
Qeyd edək ki, İngiltərə millisinin şərəfini 19 dəfə qoruyan futbolçu bu görüşlərdə 1 qola imza atıb.