"Çelsi"nin yeni hədəfi
"Çelsi" yay transfer pəncərəsi dövründə "Borussiya Dortmund"un ingiltərəli futbolçusu Ceymi Gittens üçün rəsmi təklif göndərəcək.
Sportline.az "Mail Sport"a istinadən xəbər verir ki, London klubu Gittensə görə 50 milyon avrosundan keçməyə hazırdır. "Borussiya" bu təklifi dəyərləndirəcək.
Gittensin Almaniya klubu ilə müqaviləsi 2028-ci ilin iyun ayına qədər nəzərdə tutulub.
Qeyd edək ki, 20 yaşlı futbolçu cari mövsüm çıxış etdiyi 30 oyunda 11 qol və 5 asistlə yadda qalıb.