"Çelsi"nin yeni sponsoru məlum oldu
2 mövsümdür işləri yolunda getməyən və sponsorlarını itirməyə başlayan “Çelsi”nin üzü nəhayət gülüb.
Sportline.az Goal.com-a istinadla xəbər verir ki, 6 oyuna forma sponsoru olmadan matça çıxan “Çelsi”yə “İnfinite Athlete” yardım əli uzadıb.
Tərəflər 1 illik 40 milyon funt sterlinq qarşılığında razılıq əldə ediblər.
Qeyd edək ki, londonlular “ Paramount Plus” sponsorluq təklifini qəbul etməmişdilər.
