Çempion bu tarixdə məlum olacaq
WBC versiyası üzrə ikinci yarımyüngül çəkidə dünya çempionu iyulun 7-də ABŞ-nin Nyuarke şəhərində müəyyənləşəcək.
Sportline.az xəbər verir ki, bunu "Top Rank" promouter şirkəti rəsmi şəkildə elan edib.
Bu titul uğrunda amerikalı Oşaki Fosterlə braziliyalı Robson Konseysao üz-üzə gələcək.
Foster bu qarşılaşmada titulu qorumağa çalışacaq.
Qeyd edək ki, Fosterin 30, Konseysaonun 35 yaşı var.
Mütəxəssislər bu döyüşdə amerikalı boksçunun imkanlarını daha yüksək qiymətləndirilər.