"Neftçi" çempion oldu
Bu gün Azərbaycan Premyer Liqasında 2020/2021 mövsümünə yekun vurulub.
Sportline.az xəbər verir ki, sonuncu-28-ci turun oyunları eyni gündə keçirilib.
Son turda çempionatın qalibi bəlli olub. Lider "Qarabağ" səfərdə ikinci pillədəki "Neftçi" ilə qarşılaşıb. 1:0 hesabı ilə qalib gələn Bakı təmsilçisi Ağdam klubunu turnir cədvəlində geridə qoyub və tarixində 9-cu dəfə ölkə çempionu adına yiyələnib. Beləliklə, "Qarabağ"ın Premyer Liqadakı 7 illik hegemonluğuna son qoyulub.
"Neftçi" futbol tariximizdə ən çox - 9 dəfə çempion olan komanda olub.
Bürünc mükafatın sahibi də bu gün müəyyənləşib. Üçüncü pillədə yer alan "Zirə" "Sabah"ın qonağı olub və 1:2 hesabı ilə uduzub. Üçüncülük uğrunda yarışan digər komanda - "Sumqayıt" isə "Səbail"i qəbul edib və 1:0 hesabı ilə qalib gəlib. Bu nəticələrdən sonra Ayxan Abbasovun baş məşqçisi olduğu komanda 39 xalla 3-cü olub. "Zirə" isə 38 xalla 4-cü pillə ilə kifayətlənib. "Sumqayıt" 3-cü yerini sahibi kimi Konfrans Liqasına vəsiqəni təmin edib.
Digər oyunda isə "Keşlə" "Qəbələ"ni qəbul edib. Komanda 3:1 hesablı qələbə qazanıb.
19 may (çərşənbə)
20:30.“Neftçi” – “Qarabağ” - 1:0
Qol: Ahmed Ahmedov, 90
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamal Umudlu (ehtiyat laynsman: Müslüm Əliyev)
“Dalğa Arena”
18:00.“Səbail” – “Sumqayıt” - 0:1
Qol: Murad Xaçayev, 43
Qırmızı vərəqə: Adil Nağıyev, 90+3-iki sarı vərəqə ("Səbail")
Hakimlər: Rəşad Əhmədov, Cavanşir Yusifov, Eyyub İbrahimov, Nicat İsmayıllı
“ASCO Arena”
18:00.“Sabah” –“ Zirə” - 2:1
Qollar: Ramil Şeydayev, 21 (1:0), Qismət Alıyev, 72 pen. (1:1), Xulio Sezar Rodriqes, 89 (2:1)
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rauf Cabarov
“Bank Respublika Arena”
18:00.“Keşlə” – “Qəbələ” - 3:1
Qol: Şəhriyar Əliyev, 15 (1:0), Silvio Rodriqes, 16 (2:0), Ceyms Adeniyi, 26 (2:1), Vüsal İsgəndərli, 90+6 (3:1)
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Rahil Ramazanov, Fərid Hacıyev
“ASK Arena"
| N | Klublar | O | Q | H | M | T-F | X |
| 1 | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 |
| 2 | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-17 | 57 |
| 3 | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 |
| 4 | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 |
| 5 | Sabah | 28 | 7 | 8 | 13 | 28-38 | 29 |
| 6 | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 |
| 7 | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 |
| 8 | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 |
Bombardirlər:
Namik Ələskərov ("Neftçi") - 19 qol
Mahir Emreli ("Qarabağ") - 18 qol
Filip Ozobiç ("Qarabağ") - 11 qol
Əli Qurbani ("Sumqayıt") - 9 qol
Davit Volkov ("Zirə") - 8 qol
Rəhim Sadıxov ("Sumqayıt") - 8 qol
Abdullah Zubir ("Qarabağ") - 7 qol
Kvabena Ovusu ("Qarabağ") - 7 qol