Çempionat oyunları sükutla başlayacaq

Futbol üzrə İngiltərə Premyer Liqasının XXXI turunun bütün oyunları 1 dəqiqəlik sükutla başlayacaq.

Sportline.az çempionatın rəsmi saytına istinadən xəbər verir ki, futbolçular Britaniya kraliçası II Yelizavetanın həyat yoldaşı, şahzadə II Filippin vəfatı ilə əlaqədar meydana qara sarğı ilə çıxacaqlar.

Premyer Liqanın XXXI turu bu gün oynanılacaq "Fulhem" - "Vulverhempton" görüşü ilə başlayacaq.

Qeyd edək ki, II Filipp bu gün səhər saatlarında 99 yaşında dünyasını dəyişib.