Çempionatımızın püşkatma vaxtı

Azərbaycan Premyer Liqasında 2020/2021-ci illər mövsümü 21 avqustda start götürəcək.

Sportline.az PFL-ə istinadla xəbər verir ki, yeni mövsümün püşkatma mərasimi 12 avqust tarixdə AFFA-nın inzibati binasında keçiriləcək.

Saat 15:00-da başlanacaq tədbir klub və KİV nümayəndələri üçün qapalı olacaq. Püşkatma “CBC Sport” telekanalı vasitəsi ilə canlı yayımlanacaq.