Çempionlar Liqası: son yarımfinalçı müəyyənləşdi

Bu gün UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinə yekun vurulub.

Sportline.az xəbər verir ki, bu raundun son oyununda İngiltərənin "Mançester Siti" klubu ilə Fransa "Lion"u qarşılaşıb. Görüş Portuqaliyanın Lissabon şəhərindəki “Joze Alvalade” stadionunda baş tutub.

Niderlandlı FIFA referisi Denni Makkelinin idarə edəcəyi qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürüb.

Bu cütün qalibi növbəti mərhələdə "Barselona"nı (İspaniya) 8:2 hesabı ilə darmadağın edən Almaniya "Bavariya"sı ilə qarşılaşacaq.

Qeyd edək ki, yarımfinalın digər oyununda isə PSJ (Fransa) və "Leyptsiq" (Almaniya) komandaları münasibətlərinə aydınlıq gətirəcəklər. Oyunlar 18 - 19 avqust tarixlərində keçiriləcək.

13 avqust

Çempionlar Liqası, 1/4 final

23:00. "Mançester Siti" (İngiltərə) - "Lion" (Fransa) 1:3
Qollar: Maksvel Korne, 24 (0:1), Kevin de Brüyne, 69 (1:1)​, Musa Dembele, 79 (1:2), 87 (1:3)
Baş hakim:
 Denni Makkeli
Portuqaliya, Lissabon. “Joze Alvalade” stadionu