Çempionlar Liqası: 3 komanda qrup mərhələsində

UEFA Çempionlar Liqasında pley-off mərhələsinin cavab görüşləri keçirilir.  

Sportline.az xəbər verir ki, ilk oyun günündəki oyunlardan 2-də heç-heçə, 1-də qələbə qeydə alınıb. 

Nəticələrə əsasən, "Ferentsvaroş", "Olimpiakos" və  Kiyev "Dinamo"su Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanıb. 

29 sentyabr
Çempionlar Liqası, pley-off mərhələsi
Cavab görüşləri

23:00. "Dinamo" (Kiyev, Ukrayna) - "Gent" (Belçika) - 3:0

Qollar: Vitali Buyalski, 9. Karlos De Pena, 36 (pen.). Jerson Rodrigeş, 49 (pen.)
İlk oyun - 2:1

23:00. "Omoniya" (Kipr) - "Olimpiakos" (Yunanıstan) - 0:0
İlk oyun - 0:2

23:00. "Ferentsvaroş" (Macarıstan) - "Molde" (Norveç) - 0:0
İlk oyun - 3:3

Qeyd edək ki, qalan 3 cavab görüşü bu gün keçiriləcək.