Çempionlar Liqası: "Barselona" 1/4 finalda

UEFA Çempionlar Liqasında 1/8 finalın cavab oyununda “Barselona” “Napoli”ni qəbul edib.

Sportline.az xəbər verir ki, ilk oyunda 1:1 hesablı heç-heçə edən Kataloniya klubu bu dəfə inamlı qələbə qazanıb.

Hesabı meydan sahiblərindən Kleman Lanqle açıb. Çox keçmədən fərq artıb. Lionel Messi baxımlı qolla diqqət mərkəzinə düşüb. Fasilə ərəfəsində daha 2 qol vurulub. Penaltidən fərqlənən Luis Suaresə qonaqlardan Lorenso İnsinye eyni cavabı verib. 3:1. İkinci hissədə hesab dəyişməyib. Beləliklə, “Barselona” ¼ finala çıxıb.