Çempionlar Liqası: "Bavariya" mərhələ adladı

UEFA Çempionlar Liqasında 1/8 finalın cavab oyununda “Bavariya” “Çelsi”ni qəbul edib.

Sportline.az xəbər verir ki, ilk matçda 3 cavabsız qolla qalib gələn Münhen komandası bu dəfə də eyni fərqlə qələbə qazanıb.

10-cu dəqiqədə Robert Levandovski penaltidən fərqlənib. İvan Perişiç fərqi artırıb. Qonaqlardan Temmi Abraham toplardan birinin əvəzini çıxsa da, artığına gücü çatmayıb. Əvəzində meydan sahibləri daha 2 qol vurublar. Korenten Tolisso bir dəfə fərqləndiyi halda, Levandovski dubl edib. “Bavariya” – “Çelsi”: 4-1.

Mərhələ adlayan “Bavariya” ¼ finalda “Barselona” ilə qarşılaşacaq.