Çempionlar Liqası: "Bavariya" finalda
Bu gün UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinə yekun vurulub.
Sportline.az xəbər verir ki, bununla da digər finalçının adına aydınlıq gəlib.
Həlledici oyuna sonuncu vəsiqə uğrunda Almaniya "Bavariya"sı ilə Fransa "Lion"u qarşı-qarşıya gəlib. "bavariya" 2 cavabsız qolla finala çıxıb.
UEFA Çempionlar Liqası
Yarımfinal
23:00. "Lion" (Fransa) - "Bavariya" (Almaniya) 0:3
Qollar: Serj Qnabri, 18 (0:1), 33 (0:2), Robert Levandovski, 88 (0:3)
Baş hakim: Antonio Migel Mateu Laos
Portuqaliya, Lissabon. "Eştadiu Joze Alvalade" stadionu