Çempionlar Liqası: "Dinamo" və "Olimpiakos"dan qələbə, "Molde" işini çətinə saldı

UEFA Çempionlar Liqasında pley-off mərhələsinin daha 3 ilk oyunu keçirilib. 

Sportline.az xəbər verir ki, III təsnifat mərhələsində "Qarabağ"ı penaltilər seriyası ilə mübarizədən kənarlaşdırmış "Molde" "Ferentsvaroş"la heç-heçə edib.

23 sentyabr

UEFA Çempionlar Liqası, pley-off mərhələsi

İlk oyunlar

23:00. “Olimpiakos” (Yunanıstan) - “Omoniya” (Kipr) - 2:0

Qol: Matyö Valbuena, 69 (pen.) , Yusef Əl Ərabi, 90+

23:00. “Molde” (Norveç) - “Ferensvaroş” (Macarıstan) - 3:3

Qollar: Leke Ceyms, 55. Maqnus Volff Eykrem, 65. Martin Ellinqsen, 83 - Frank Boli, 7. Mürto Uzuni, 52

23:00. “Gent” (Belçika) - “Dinamo” (Kiyev, Ukrayna) - 1:2

Qollar: Tim Klyayndinst, 41 - Vladislav Supryaqa, 9. Karlos De Pena, 79

Qırmızı vərəqə: Roman Bezus, 53 ("Gent")

Cavab oyunları sentyabrın 29-da olacaq. 

Qeyd edək ki, ilk oyun günündə "Krasnodar" Rusiyada Yunanıstan PAOK-unu, Avstriya "Zaltsburq"u İsrailin paytaxtı Təl-Əvivdə "Makkabi"ni 2:1 hesabı ilə yenib. "Slaviya" isə Çexiyanın paytaxtı Praqada Danimarka "Midtüllann"ı ilə qolsuz heç-heçə edib.