Çempionlar Liqası: III təsnifat mərhələsi başlanır
Bu gün UEFA Çempionlar Liqasında III təsnifat mərhələsi başlanır.
Sportline.az xəbər verir ki, ilk oyun günündə 3 qarşılaşma olacaq.
15 sentyabr
Çempionlar Liqası
III təsnifat mərhələsi
21:00. "Dinamo" (Kiyev, Ukrayna) - AZ (Niderland)
22:00. PAOK (Yunanıstan) - "Benfika" (Portuqaliya)
22:30. "Gent" (Belçika) - "Rapid" (Vyana, Avstriya)
Qeyd edək ki, III təsnifat mərhələsinə sabah keçiriləcək 5 oyunla yekun vurulacaq. Ölkə çempionu "Qarabağ" bu mərhələdə Norveçin "Molde" komandası ilə görüşəcək. Kiprin Larnaka şəhərindəki "AEK Arena"da keçiriləcək oyun Bakı vaxtı ilə saat 21:00-da başlanacaq.