Çempionlar Liqası: "Liverpul" finalda
Bu gün Çempionlar Liqasında yarımfinal mərhələsinin cavab oyunlarına start verilib.
Sportline.az xəbər verir ki, ilk oyun günündə 1 matç keçirilib. "Vilyarreal" İspaniyada "Liverpul"u qəbul edib. 3:2 hesabı ilə qalib gələn Mersisayd təmsilçisi finala yüksəlib. Bu komandalar arasında ilk görüş də Yurgen Kloppun baş məşqçisi olduğu komandanın 2:0 hesablı qələbəsi ilə başa çatmışdı.
Qeyd edək ki, yarımfinalın digər görüşündə "Real" "Mançester Siti"ni qəbul edəcək.
Xatırladaq ki, ÇL-in finalı mayın 28-i Fransadakı "Stade de Frans"da keçiriləcək.
UEFA Çempionlar Liqası, yarımfinal
Cavab oyunu
3 may
23:00. "Vilyarreal" (İspaniya) - "Liverpul" (İngiltərə) - 2:3
Qollar: Dia, 3 (1:0), Koklen, 41 (2:0), Fabinyo, 62 (2:1), Dias, 67 (2:2), Mane, 74 (2:3)
Baş hakim: Danni Makkeli (Niderland)
Vilyarreal, "Estadio de la Keramika" stadionu
ilk oyun: 0:2.
4 may
"Real" (İspaniya) - "Mançester Siti" (İngiltərə)
Baş hakim: Daniele Orsato (İtaliya)
Madrid, "Santiaqo Bernabeu" stadionu
İlk oyun - 3:4.