Çempionlar Liqası: "Milan" "Çelsi"yə, "Real" "Şaxtyor"a qarşı

Bu gün Çempionlar Liqasının qrup mərhələsində 3-cü tura yekun vurulacaq.

Sportline.az xəbər verir ki, son oyun günündə E, F, G və H qruplarında 8 qarşılaşma keçiriləcək.

Millimizin hücumçusu Mahir Emrelinin çıxış etdiyi Xorvatiyanın "Dinamo" (Zaqreb) klubu Avstriyada "Zalsburq"un qonağı olacaq. E qrupunun digər matçında isə "Çelsi" İngiltərədə "Milan"ı qəbul edəcək.

Turnirin son qalibi "Real" Polşada Donetsk "Şaxtyor"u ilə qarşılaşacaq. F qrupunun digər oyununda Almaniya "Leyptsiq"i evdə "Seltik"lə (Şotlandiya) qarşılaşacaq.

G qrupunda "Mançester Siti" "Kopenhagen"i, "Sevilya" isə "Borussiya"nı (Dortmund) qəbul edəcək.

H qrupunda "Yuventus" İtaliyada İsrailin "Makkabi" (Hayfa), "Benfika" isə Portuqaliyada PSJ ilə üz-üzə gələcək.

5 oktyabr

 

Çempionlar Liqası

Qrup mərhələsi, 3-cü tur

E qrupu

20:45. "Zalsburq" (Avstriya) - "Dinamo" (Zaqreb, Xorvatiya)

23:00. "Çelsi" (İngiltərə) - "Milan" (İtaliya)

Xal durumu: "Milan" - 4, "Dinamo" - 3, "Zaltsburq" - 2, "Çelsi" - 1

F qrupu

20:45. "Leyptsiq" (Almaniya) - "Seltik" (Şotlandiya)

23:00. "Real" (İspaniya) - "Şaxtyor" (Donetsk, Ukrayna)

Xal durumu: "Real Madrid" - 6, "Şaxtyor" - 4, "Seltik" - 1, "Leyptsiq" - 0

G qrupu

23:00. "Mançester Siti" (İngiltərə) - "Kopenhagen" (Danimarka)

23:00. "Sevilya" (İspaniya) - "Borussiya" (Dortmund, Almaniya)

Xal durumu: "Mançester Siti" - 6, "Borussiya" - 3, "Kopenhagen" - 1, "Sevilya" - 1

H qrupu

23:00. "Yuventus" (İtaliya) - "Makkabi" (Hayfa, İsrail)

23:00. "Benfika" (Portuqaliya) - PSJ (Fransa)

Xal durumu: PSJ - 6, "Benfika" - 6, "Yuventus" - 0, "Makkabi" - 0.