Çempionlar Liqası: "Qarabağ"ın növbəti rəqibi bilindi
Bu gün Çempionlar Liqasının III təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib.
Sportline.az xəbər verir ki, səpələnmişlər səbətində yer alan təmsilçimiz "Qarabağ"ın da rəqibi müəyyənləşib.
Azərbaycan çempionu bu mərhələdə Norveç təmsilçisi "Molde" ilə qarşılaşacaq. İlk iki oyunu evdə keçirən "Qarabağ" bu rəqibi ilə də Bakıda görüşəcək.
Qeyd edək ki, Çempionlar Liqasının III təsnifat mərhələsinin oyunları 15-16 sentyabr tarixlərində keçiriləcək.