Çempionlar Liqası: Qrup mərhələsinə ilk 3 vəsiqənin sahibi müəyyənləşir

Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinin cavab görüşlərinə start veriləcək. 

Sportline.az xəbər verir ki, ilk oyun günündə 3 görüş olacaq.

Qalib komandalar Çempionlar Liqasının, məğlublar isə Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanacaqlar. 

 

29 sentyabr

Çempionlar Liqası, pley-off mərhələsi

Cavab görüşləri

 

23:00. "Dinamo" (Kiyev, Ukrayna) - "Gent" (Belçika)

İlk oyun - 2:1

23:00. "Omoniya" (Kipr) - "Olimpiakos" (Yunanıstan)

İlk oyun - 0:2

23:00. "Ferentsvaroş" (Macarıstan) - "Molde" (Norveç)

İlk oyun - 3:3

Qeyd edək ki, digər 3 cavab görüşü sentyabrın 30-da keçiriləcək.