Çempionlar Liqası: son 1/4 finalçılar müəyyənləşir

Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinə yekun vurulacaq.

Sportline.az xəbər verir ki, son cavab görüşlərinin ardından 1/4 finala axırıncı 2 vəsiqənin sahibi müəyyənləşəcək.

İspaniyada "Barselona" İtaliya "Napoli"sini (ilk matç 1:1), "Bavariya" isə səfərdə 3:0 hesabı ilə məğlub etdiyi "Çelsi"ni qəbul edəcək.


Çempionlar Liqası

1/8 final mərhələsi, cavab oyunları

8 avqust

23:00. "Barselona" (İspaniya) - "Napoli" (İtaliya)

İlk oyun - 1:1

23:00. "Bavariya" (Almaniya) - "Çelsi" (İngiltərə)

İlk oyun - 3:0

Qeyd edək ki, artıq  "Mançester Siti" (İngiltərə),  "Lion" (Fransa),  "Leyptsiq" (Almaniya), PSJ (Fransa), "Atletiko" (İspaniya) və "Atalanta" (İtaliya) 1/4 finala  vəsiqə qazanıblar.

Çempionlar Liqasının qarşılaşmaları növbəti mərhələdən "8-lər finalı" formatında Portuqaliyanın paytaxtı Lissabonda oynanılacaq.