Çempionlar Liqası: Yarımfinalın son iştirakçıları bəlli olur

Bu gün UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinə yekun vurulacaq.

"Report"un məlumatına görə, son oyun günündə gerçəkləşəcək 2 qarşılaşmadan sonra yarımfinalın bütün iştirakçıları müəyyənləşəcək.

İngiltərədəki ilk matçda "Mançester Siti"yə 1:2 hesabı ilə uduzan Almaniyanın "Borussiya" (Dortmund) klubu bu dəfə rəqibi ilə doğma meydanda üz-üzə gələcək.

Gecənin digər oyunu İngiltərədə "Liverpul"la İspaniya "Real Madrid"i arasında olacaq. 

UEFA Çempionlar Liqası, 1/4 final

Cavab oyunları

23:00. "Borussiya" Dortmund (Almaniya) - "Mançester Siti" (İngiltərə)

İlk oyun - 1:2

23:00. "Liverpul" (İngiltərə) - "Real Madrid" (İspaniya)

İlk oyun - 1:3

Qeyd edək ki, ötən gün keçirilən matçlardan sonra İngiltərənin "Çelsi" və Fransanın PSJ klubları yarımfinala vəsiqə qazanıblar.