Çempionlar Liqası: PSJ-dən inanılmaz geri dönüş

Bu gün UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinə start verilib. 

Sportline.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçirilib. Yeganə matçdan ibarət olacaq 1/4 finalın ilk duelində İtaliya "Atalanta"sı Fransa çempionu PSJ ilə üz-üzə gəlib. 

Qarşılaşma Portuqaliyanın Lissabon şəhərindəki "Estadio da Luş" stadionunda gerçəkləşib. Görüşün baş hakimi ingiltərəli  Entoni Teylor olub. 2:1 hesabı ilə qələbə qazanan "Atalata" yarımfinalda Leyptsiq" (Almaniya) - "Atletiko" (İspaniya) duelinin güclüsü ilə qarşılaşacaq. 

Çempionlar Liqası, 1/4 final
23:00. "Atalanta" (İtaliya) – PSJ (Fransa) 1:2
Qollar: Mario Paşaliç, 27 (1:0), Markinos, 90 (1:1), Maksim Şupo-Motinq, 90+3 (1:2)

Baş hakim: Entoni Teylor (İngiltərə)
Portuqaiya, Lissabon.  "Estadio da Luş" stadionu