Çempionlar Liqasında 1/8 finalın püşkü atılır

Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkü atılacaq.

Sportline.az xəbər verir ki, UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında keçiriləcək tədbir Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.

ÇL-in reqlamentinə əsasən, hər komandanın 2 potensial rəqibi var. Türkiyə təmsilçisi "Qalatasaray" "Liverpul", ya da "Totenhem"ə rəqib olacaq.  "Qarabağ"ı "pley-off"da mübarizədən kənarlaşdıran "Nyukasl"ın potensial rəqibləri isə "Çelsi" və "Barselona"dır.

Potensial cütlər aşağıdakı kimidir:

“Arsenal” - “Atalanta”/"Bayer”

“Liverpul” - “Qalatasaray”/“Atletiko”

“Bavariya” - “Bayer”/“Atalanta”

“Tottenhem” - “Qalatasaray”/ "Atletiko”

“Barselona” - “Nyukasl” / PSJ

“Çelsi” - PSJ / "Nyukasl” 

“Sportinq” - “Real” / "Bodo-Qlimt”

“Mançester Siti” - “Real” / "Bodo-Qlimt”

“Nyukasl” - “Çelsi”/ “Barselona”

“Atletiko” - “Liverpul”/ "Tottenhem”

“Bodo-Qlimt” - “Mançester Siti”/"Sportinq”

“Atalanta” - “Arsenal”/"Bavariya”

“Real” - “Mançester Siti”ə/Sportinq” 

“Qalatasaray” - “Liverpul”/“Tottenhem”

PSJ - “Barselona"/Çelsi”

“Bayer” - “Bavariya” / "Arsenal”

Qeyd edək ki, 1/8 final mərhələsinin oyunları 10-11 və 17-18 martda keçiriləcək.